Şotlandiya Baş naziri Nikola Sturgeon ölkəsinin müstəqilliyi üçün 2020-ci ilin ikinci yarısında referendumun keçirilməsi çağırışını edib.
Baş nazir budəfəki referendumun Şotlandiyaya müstəqillik qazandıracağına inandığını bildirib.
“İnanıram ki, budəfəki referendum Şotlandiyaya müstəqillik qazandıracaq. Şotlandiya İrlandiya kimi müstəqil ölkə olacaq”, – deyə Sturgeon vurğulayıb.






