ABŞ hücum edərsə, bu yolla vətəndaşlarını… – DETALLAR

“Amerika ilə müharibə olsa, ölkədə sosial şəbəkələr bağlanacaq”.

Bunu İranın Mülki Müdafiə Təşkilatının (MMT) rəhbəri Qulamrza Cəlali deyib.

Amerika ilə mümkün müharibə ehtimallarından danışan təşkilat rəhbəri açıqlamasında İranla İraq arasında baş vermiş 8 illik müharibə dövründə yaranmış böhran şəraitində insanları idarə etmək tərzinə toxunub.

Qulamrza Cəlali bildirib ki, düşmən sosial şəbəkələrdən istifadə edərək, ölkə vətəndaşlarına təsir etməyə çalışır: “Bu gün ölkənin öz yerli sosial şəbəkələrinin olmaması Amerikaya imkan verir ki, dünyada fəaliyyət göstərən sosial platformalar vasitəsilə ölkə iqtisadiyyatına və vətəndaşlarımıza təsir göstərsin. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Məhz buna görə də müharibə baş verəcəyi təqdirdə, təhlükəsizlik məsələləri ilə bağlı böhranlı vəziyyəti nəzərə alaraq, ölkədə bütün sosial şəbəkələr bağlanacaq. Bununla da düşmənin ölkə vətəndaşlarına psixoloji təsiri aradan qaldırılacaq, iqtisadiyyatımıza qarşı təzyiqləri öz təsirini itirəcək”.

Xatırladaq ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi üç həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi