Hikmət Şikarov : Müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaq

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb dairələrinin və erməni lobbisinin sifarişlərini yerinə yetirən bir qrup mühacirin qəfildən peyda olub şou yaratmaq cəhdləri bir daha həmin ünsürlərin xalqımıza və dövlətimizə qarşı ermənilərlə eyni səngərdə yer aldığını təsdiqləmiş oldu.

Bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur. Bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Nəticədə isə Azərbaycanın dünyada nüfuzunun artmasından, daim yüksələn xəttlə artan inkişafından, anbaan güclənməsindən və bölgənin super inkişaf etmiş ölkəsi olmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatlıq hissi keçirən xarici  və daxili məkrli dairələr radikal düşmən möqeyində dayanaraq Azərbaycana və xalqımıza qarşı kəskin şəkildə qərəzli olduqlarını və Azərbaycanın beynəlxalq arenadakı uğurlarını gözlərinin götürmədiyini öz əməlləri ilə sübut  eləyirlər.  Belə olan təqdirdə isə Azərbaycanın qazandığı uğurların miqyası artdıqca Avropaya sığınıb ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən “siyasi mühacirlər” də milli maraqlarımızı düşmən erməniyə satmaqla bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirirlər.

Məlum olduğu kimi belə ünsürlərin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub və ermənipərəst qüvvələrin dəstək və sifarişləri ilə səfərbər olaraq xalqımızın bütün ali dəyərlərini zədələməyə və baltalamağa yönəlib. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər. Eyni zamanda da  unudurlar ki, öz havadarlarının icazəsi olmadan bir fikir bildirə bilməyən kəslər heç bir zaman ictimai rəyi çaşdıra bilməz və beynəlxaq ictimaiyyətdə artıq formalaşmış olan imicimizi heç cürə ləkələyə bilməzlər.

Təbii ki, məlum çevrələrin vaxtaşırı olaraq, Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirdiyini, xüsusilə əhəmiyyətli tədbirlər ərəfəsində onların fəallaşmağa başladığını nəzərə alsaq, heç şübhəsiz, ölkəmizi nüfuzdan salmağa çalışan qüvvələr öz çirkin əməllərini bundan sonra da davam etdirməyə çalışacaqlar. Ona görə də, Azərbaycan xalqı onların belə tərbiyəsizlik və mənəviyyatsızlıqlarına cavab olaraq Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək sabitlik şəraitində, sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza atacaq. Buna cavab olaraq isə birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaqdır..MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi