” Səhiyyəmizin bu günü və sabahı” başlığı altında tədbir keçirildi

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini,  millət vəkili Rauf Əliyevin təşəbbüsü  və Pirallahı Rayon icra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə ” Səhiyyəmizin bu günü və sabahı” başlığı altında tədbir keçirildi. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında  keçirilən tədbirdə rayonun səhiyyə ocaqlarında çalışan həkim və tibbi personalın nümayəndələri  iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki,  Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyə  sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. ” Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox  bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb”.

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək  xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğuladı.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili  Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayaraq tədbir iştirakçılarına onları maraqlandıran suallar və problemlərlə bağlı müraciət etməyi tövsiyə etdi.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli rayonumuzun səhiyyə sistemi bağlı layihələrin hazırlandıqları barədə məlumat verdi.

Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digər tədbir iştirakçıları rayonumuzun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitlə bağlı dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi