“Təhsil millətin gələcəyidir” başlığı altında tədbir keçirilib

Bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə ” Təhsil millətin gələcəyidir ” başlığı altında tədbir keçirildi.

Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir.

Sədr bildirib ki, tədbirin keçirilməsində məqsəd aprel ayının 4-ü Bakı şəhərinin 162 saylı məktəbində baş verən hadisə ilə bağlı son vaxtlar cəmiyyətdə geniş müzakirə mövzusu olan müəllim-şagird, müəllim-valideyn münasibətləri və rayonumuzun ümumtəhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etməkdir.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək Dövlət Proqramına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını, bununla yanaşı məktəbəqədər təhsil müəssisələrində yer çatışmamazlığını qeyd etdi.

Monitorinq qrupunun rəhbəri, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli monitorinq qrupunun fəaliyyəti barədə məlumat verərək təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş strategiyanın konseptual əsasları, adında olduğu kimi Azərbaycan Respublikasında Təhsilin inkişana, ölkədə təhsilin müsair dünya təhsilinin səviyyəsin çatdırılmasına və bununlada yeni elm və texnalogiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi