Mehriban Əliyevadan Orxan Camalın övladları ilə bağlı TAPŞIRIQ

Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camalın və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.

Bu barədə  Heydər Camalın həyat yoldaşı Gülnar Camal məlumat verib.

Qeyd edək ki, son günlərdə müxtəlif saytlarda 2018-ci ildə Mərkəzi Afrika Respublikasında film çəkilişləri zamanı qətlə yetirilən tədqiqatçı-jurnalist Orxan Camalın oğlu Mansur Camalın bəzi iş adamları tərəfindən “himayəyə götürülməsi” barədə məlumatlar yayılıb. Bununla bağlı məsələyə aydınlıq gətirən Gülnar Camal bildirib ki, həyat yoldaşı Heydər Camalın ölümündən və oğlunun qətlindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailəyə başsağlıqlarını çatdırıblar: “2018-ci ildə Bakıda Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Elə həmin görüşdə Mehriban xanım bizim ailəyə Heydər Əliyev Fondu tərəfindən istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Hazırda Heydər Əliyev Fondu Heydər Camalın qızı Kausar və Orxan Camalın oğlu Mansurun təhsilində bizə dəstək göstərir. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və hiss edirik ki, Azərbaycan bizim ikinci Vətənimizdir!”.

Heydər Əliyev Fondu göstərdiyi dəstək və yardımla bağlı məlumatların ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib və bununla yanaşı Gülnar Camalın verdiyi məlumatı təsdiqləyib. Qeyd olunub ki, Fond Heydər Camal və Orxan Camalın ailəsi ilə müntəzəm əlaqədədir və hər iki ziyalı azərbaycanlının övladları Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun himayəsinə götürülüb. MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi