Azərbaycan Dövlət Himni 9 halda mütləq ifa edilməlidir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.

Qanuna əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir, Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu vəzifəni daşıyırlar.  Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

– Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

– gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;

– Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

– bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyil. Azərbaycan dövləti Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

– Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);

– Azərbaycan Respublikasının Prezidenti Milli Məclisinin iclaslarına gəldiyi zaman;

– Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

– Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

– Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

– Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

– dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);

– Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Dövlət Himni ifa edildikdə Azərbaycan vətəndaşları Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər. Dövlət Himninin hərbi qulluqçular tərəfindən ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi” ilə, xüsusi rütbəli şəxslərə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” ilə tənzimlənir.

Xarici dövlətin ərazisində Azərbaycanın keçirdiyi təntənəli tədbirlər zamanı Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İdman yarışları zamanı Dövlət Himninin ifa edilməsi qaydası bu qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir. Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu qanunda müəyyən edilmiş qaydada ifa edilir. Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Dövlət Himninin öyrənilməsinə həsr edilir.

Dövlət Himni başqa dildə oxuna bilməz. Dövlət Himninin təhrifinə yol verilmir. Bu qanunun tələblərini pozan şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır