Flora Kərimova yayılan video haqda: Nə günə qaldıq ki, elementar ailə tərbiyəsi nazir,deputat səviyyəsində həll edilir

“Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. “Nə var burada”, “nə oxuyub ki”, ” niyə qarışırsız”, “mənə dəxli var?” deyib keçdiyinizin əks-sədasıdır. Gözəl Çin atalar sözü var – “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igidsə bir ordunu məhv edir”.

İndi Durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganənəliklə 31 mart soyqırırm müsibətimizi, faciəmizi andığımız bir gündə… Qadın adının məsuliyyəti kişi- adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər?!”

Bu sözləri Xalq artisti Flora Kərimova instaqramda 3 qızın çılpaq videosu haqqında fikir bildirərkən deyib. Sənətkar bu barədə geniş rəy yazıb.

“Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideyinləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa hamısını gözü kölgəli, başı qapazlı etdilər! Tək dərd budurmu millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!!! Di, qalxın bunun altından!!! İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, ETDİ! Nə düşündüyün dilinə gətirməməli idi, DEDİ! Açıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxtlar deyəndə ki olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşmır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməzlikdən gəldiz (söhbət nüfuz sahablırindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu! Bunu görmək çoxmu çətin idi? Təəsüfflər olsun ki, artıq ilmələr sökülüb. Baş prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, Baş prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir? Bu olmamali idi, bunu yaşamamali idik, bu yerə çatdirmamalıydıq”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi