Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ayrıca ədəbi məktəb formalaşdırıb.

Bu il demokrat ədibin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.

Sənədə əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi, həmçinin ölkəmizin mədəniyyət müəssisələrində yubileylə bağlı müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub. Yubiley ilində mədəniyyət mərkəzləri, klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən yazıçının əsərlərindən ibarət tamaşaların hazırlanması planlaşdırılır.

Tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi də yer alıb.

Bakı Xoreoqrafiya Akademiyasında “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məkətbi” mövzusunda elmi-nəzəri konfrans və “Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı” mövzusunda dəyirmi masa keçiriləcək.

Təhsil Nazirliyinin müəssisələrində yubileylə əlaqədar müxtəlif mövzularda elmi konfrans və fotolardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Molla Nəsrəddin” jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri” mövzusunda respublika konfransı, Fəlsəfə İnstitutunda “Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda respublika konfransı, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.

Bundan əlavə, Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədibin tire rus escort həyat və yaradıcılığına və “Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər planlaşdırılır.

Tədbirlər planına əsasən, yubiley ilində nəşr layihələri də olacaq. “Molla Nəsrəddin” selçuk escort Ensiklopediyası”nın, “Ustad Mirzə Cəlil Məmmədquluzadə” monoqrafiyasının, “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstəricinin nəşri nəzərdə tutulur.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında və seferihisar otele gelen escort Mirzə Cəlilin Bakıdakı ev-muzeyində anım gecələrinin keçirilməsi və s. tədbirlər də sənəddə yer alıb.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi