Ərdoğan: İstanbula “Konstantinopol” deyən oğlunun qulağını çək!

Qaziosmanpaşa mitinqində xalqa səslənən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail baş naziri Binyamin Netanyahuya sərt mesaj yollayıb.

Türk mediası xəbər verir ki, Ərdoğan baş nazirin oğlunun Türkiyə ilə bağlı işlətdiyi ifadəyə görə Netanyahunu tənbeh edib:

“Ey Netanyahu, bütün dünyanın göz bəbəyi olan İstanbula “Konstantinopol” deyən oğlunun qulağını çək!  Əgər bu məsələdə bir az daha irəli getsəz, tərbiyə metodlarımız fərqlidir. Sizləri o cür də tərbiyə edə bilərik”.MediaZona.Az