Yeni Zelandiyada terror aktında ölənlərin sayı artıb

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə terror aktları zamanı ölənlərin sayı artıb.

Bu barədə Yeni Zelandiyanın polis komissarı Mayk Buş bildirib.

Məlum olub ki, hücum vaxtı yaralanmış Səudiyyə Ərəbistanı vətəndaşı xəstəxanada ölüb. Beləliklə, terror aktında ölənlərin sayı 51 nəfərə çatıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində onlarla insan ölüb və xəsarət alıb.

Daha əvvəl bildirilirdi ki, terror aktı zamanı 50 nəfər həlak olub.MediaZona.Az