AMEA-da Xocalı soyqırımının 27-ci ildönümü

AMEA-nın Arxeologiya və Etnoqrafiya, Fizika və Qafqazşünaslıq institutlarında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbirləri, konfranslar və dəyirmi masalar keçirilib. Olaylar.az bildirir ki, tədbirlər Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan rəhbərliyi tərəfindən dövlət səviyyəsində insanlığa sığmayan cinayət törədilib. Vurğulanıb ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə blokadaya alınmış Xocalıda artilleriya və ağır hərbi texnikadan mülki insanlara atəş açılıb, şəhər yandırılıb. Hücum nəticəsində 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin məhv edildiyi, 1275 sakinin əsir və girov götürülərək işgəncələrə məruz qaldığı bildirilib. Bundan əlavə, şəhərdəki tarixi abidələrin məhv edildiyi diqqətə çatdırılıb.

Eyni zamanda 1 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsi ilə bağlı xüsusi Fərmanın imzalandığı, Milli Məclisin qərarı ilə 26 fevralın “Xocalı soyqırımı və milli matəm günü” elan olunduğu qeyd edilib.

Son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlərdən danışan çıxışçılar, həmçinin “Xocalıya ədalət!” kampaniyasının önəminə toxunublar.

Diplomatik fəaliyyət nəticəsində 2 ölkənin Xocalıda baş verənləri soyqırım, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığını söyləyiblər.

Bundan əlavə, Xocalı soyqırımının təşkilatçılarının və icraçılarının gec-tez layiqli cəzalarına alacaqlarını vurğulayıblar.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi