Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib

Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçkilər keçirilib. Parlamentin sədri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizəd göstərilib və bununla əlaqədar postundan istefa verib.

Türkiyə parlamentinin sədri postuna AKP Təkirdağ millət vəkili Mustafa Şentop, CHP İstanbul millət vəkili Engin Altay, Xalqların Demokratik Partiyası (HDP) İzmir millət vəkili Serpil Kemalbay Pekgözegü, İYİ Partiya Qaziantep millət vəkili İmam Hüseyn Filizin namizədliyini irəli sürüb. AKP İstanbul millət vəkili Nevzat Şatıroğlun ehtiyat namizəd kimi irəli sürülsə də, səsvermədən əvvəl namizədliyini geri götürüb.

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı öncədən AKP-nin namizədi Mustafa Şentopu dəstəkləyəcəklərini bəyan edib.

Qanunvericiliyə əsasən, birinci və ikinci turda parlamentdəki deputatlarının 2/3-nin, yəni 400 deputatın səsini almaq tələb olunur. Üçüncü turda parlamentdəki deputatların mütləq çoxluğunun, yəni 301 deputatın səsini almaq tələb olunur. Üçüncü turda da seçki baş tutmazsa, bu turda ən çox səs alan iki namizəd dördüncü turda yarışmalı, ən çox səs alan namizəd parlamentin sədri seçilməlidir.

Gizli səsvermədə birinci və ikinci turlarda namizədlərin heç biri tələb edilən səsləri toplaya bilməyib. M. Şentop üçüncü turda parlamentin sədri seçilib.

Qeyd edək ki, 6 avqust 1968-ci ildə Təkirdağda anadan olan M. Şentop 1986-cı ildə Təkirdağ İmam Hatip Liseyini, 1991-ci ildə İstanbul Universitetinin Hüqüq fakültəsini bitirib. Tələbəlik illərindən müxtəlif mətbu orqanlarda yazılar yazan M. Şentop “Təklif Aylıq” hüquq jurnalının qurucuları sırasında yer alıb, 1988-1991-ci illərdə jurnalın baş redaktoru olub. Doktorluq dissertasiyasının Mərmərə Universitetində mülki hüquq üzrə müdafiə edən M. Şentop 2002-ci ildə doktor, 2005-ci ildə dossent, 2011-ci ildə professor olub, müxtəlif universitetlərdə müəllim kimi çalışıb.  Eyni zamanda İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin İstanbul şöbəsinin sədri olub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi