Meksikada güclü zəlzələ, sunami təhlükəsi var

Meksikada güclü zəlzələ olub.

Euronews bildirir ki, Meksikanın cənub sahillərində 8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində binalar silkələnib, insanlar küçələrə axışıb.

Zəlzələnin episentri Pijijiapan şəhərindən 123 kilometr cənub-qərbdə, 33 kilometr dərinlikdə olub.

Güclü sunami təhlkükəsi var.