Ermənilər jurnalist Fuad Abbasovu ölümlə hədələyirlər – VİDEO

Tanınmış azərbaycanlı jurnalist Fuad Abbasov Youtube-dan izləyicilərinə müraciət edib.

Fuad Abbasov ermənilərin ona qarşı hərəkətə keçdiyini və kampaniya apardığını söyləyib.

Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan jurnalist onun hər an öldürülə biləcəyini açıqlayıb.

Bu videonun onun son videosu ola biləcəyini deyən Fuad Abbasov ermənilərin imza kampaniyası apardığını və onun həbs olunmaq ehtimalı olduğunu əlavə edib.MediaZona.Az