İRANDA TERAKT – 41 ÖLÜ

İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətində baş verən partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Hadisə Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərindəki İmam Hüseyn məscidində baş verib. Kamikadze özünü və məsciddə hüzr mərasiminə toplaşanları partladıb. Ölənlər arasında uşaqlar və qadınlar da var. Ölənlərin sayının artacağı ehtimalı yüksəkdir.

Terror aktını “Cundullah” terror təşkilatının törətdiyi güman olunur.“Condollah” təşkilatının Çabahardakı partlayışları üzərinə götürdüyü barədə bəyanatını Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı hadisədən az sonra yayıb.

İranın terrorçu təşkilat kimi tanıdığı, sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda mübarizə apardığını iddia edən “Condollah” silahlı qruplaşmasının əsas bazaları Pakistanın Bəlucistan əyalətində yerləşir. Son illərdə “Condollah” yaraqlıları ilə İranın silahlı qüvvələri arasında baş verən qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi