ABŞ-ın xanım kəşfiyyatçısı İrandan dönmədi

ABŞ Hərbi Hava Qüvvələrinin sabiq kəşfiyyatçısı olan qadın İrana casusluqda ittiham edilir.

ABŞ-ın Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Hərbi Hava Qüvvələrinin birgə açıqlamasında kəşfiyyatçı Monika Vittinin İran hökumətinə casusluq etdiyi bəyan olunub.

Xidməti fəaliyyəti zamanı çox məxfi informasiyalar əldə edən Monika Vitti milli müdafiə məlumatlarını xarici hökumətlə paylaşmaq və digər maddələr üzrə günahlandırılır.

27 səhifəlik iddianaməyə görə, Monika Vitti ABŞ və İran vətəndaşı olan bir şəxs tərəfindən casusluğa cəlb edilib.

İran İnqilab Keşikçiləri Korpusunun sponsoru olduğu bir konfransda iştirak etmək üçün 2012-ci ildə İrana gedən Vittinin hazırda həmin ölkədə olduğu qeyd edilir.

Onun məxfi Pentaqon proqramının kod adını və missiyasını iranlı rəsmlərə çatdırdığı, habelə ABŞ-ın bir qrup casus agentlərinin siyahısını İrana verdiyi də iddialarda yer alır.

ABŞ Hərbi Hava Qüvvələrində 1997-2008-ci illərdə xidmət keçən xanım Vitti 2010-cu ilə qədər özəl araşdırmalar bürosunda müdafiə podratçısı kimi fəaliyyət göstərib.

Monika Vittinin ABŞ xarici kəşfiyyatı və əks-kəşfiyyat mövzusunda məxfi sirlərdən xəbərdar olduğu güman olunur. MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi