Tbilisidə Mixal Avakyanın büstünün götürülməsi tələbi ilə aksiya keçirilib

Bu gün Tbilisidə parlament binası qarşısında Dağlıq Qarabağda döyüşmüş Mixail Avakyanın büstünün qoyulmasına etiraz olaraq aksiya keçirlib.

1000 nəfərə yaxın ölkədə yaşayan azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri aksiyada iştirak ediblər.

Aksiya iştirakçıları ölkədə separatçı bir şəxsin büstünün qoyulmasını pisləyərək bu halın yolverilməz olduğunu deyiblər.

Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və ya abidənin olmadığını qeyd ediblər. O da bildirilib ki, azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar.

Aksiyada Sevinc Hümbətova, Tapdıq Yolçuyev, Benyamin Qasımov, Əlibala Əsgərov, Əhməd İmamquliyev, Azər Süleyimanov, Simon Kopadze, Quram Marxuliya, və Tengiz Txelava, eləcə də digər şəxslər çıxış edərək, Azərbaycan və Gürcüstan dostluğundan danışıb və bu cür halların iki ölkə arasında təxribat yaratmaq məqsədi daşıdığını bildiriblər. Mixail Avakyana büst qoyulmasının Gürcüstanda qeyri-sabitlik yaratmağa yönələn bir addımın olduğu bildirilib və həmin abidənin götürülməsi ilə bağlı  şüarlar səsləndirilib.

Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar. Təşkilatçılar aksiyanın sonunda bildiriblər ki, Mixail Avakyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mixal Avakyanın abidəsinin açılışı olub.  Abidənin qoyulması etirazlara səbəb olub.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi