Dövlət Komitəsinin nümayəndə heyətinin İsveçrəyə səfəri başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İsveçrə Konfederasiyasında səfərdə olub. Səfər çərçivəsində Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, eləcə də türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.

Sürixdə İsveçrə Türk Diyanet Vakfının rəhbəri Zafer Terkesli və Türkiyənin Isveçrə Konfederasiyasındakı Səfirliyinin nümayəndəsi Eşref Dalkıranla baş tutan görüşdə Azərbaycan və  Türkiyə dövlətlərarası, eləcə də xalqlarımızın qardaşlıq münasibətləri vurğulanaraq, ölkələrimizin sərhədlərindən kənarda da bu əlaqələrin saxlanılmasının əhəmiyyəti və bu işdə diasporun rolu qeyd olunub. Gürüşdə hər iki xalqın ümumi maraqları çərçivəsində olan məsələlər, o cümlədən, Türk Diyanet Vakfının idarə etdiyi cənazə fondunun fəaliyyəti ilə bağlı təcrübə öyrənilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Yoxanes Matiasla keçirilmiş görüşdə Azərbaycan Respublikasının İsveçrədəki səfirinin və ümumilikdə səfirliyin fəaliyyəti yüksək qiymətləndirilib. Gələcəkdə də iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyi vurğulanıb. Eyni zamanda, İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi ilə DİDK arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub. Y.Matias memorandumla bağlı bəzi məlumatların ən yaxın zamanda Dövlət Komitəsinə göndəriləcəyini və yekun sənədin tezliklə imzalanacağına əminliyini bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Bern şəhərində fəaliyyət göstərən Qarabağ məktəbində də olub, şagirdlərə Azərbaycan dilində dərsliklər, eləcə də ingilis dilində olan “Qarabağ xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan mədəniyyəti” kitabları hədiyyə edilib. Məktəbin kollektivi və valideynlərlə görüşdə təhsil ocağının fəaliyyətinə dair təkliflər dinlənilib, Dövlət Komitəsinin layihənin davamlılığı və inkişafı üçün gələcəkdə də dəstək verəcəyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti Bern şəhərində yerləşən Olresto Konqres Mərkəzində İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının toplantısında iştirak edib. Toplantıda Şuranın əlaqələndiricisi Qasım Nəsirov Koordinasiya Şurasının fəaliyyəti, son dövrlər görülən işlər barədə məlumat verib, diaspor təşkilatlarından Şuraya daxil olmuş layihələr nəzərdən keçirilib, təkliflər səsləndirilib və görüləcək işlər müzakirə olunub. Görüşün sonunda Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev bu il Fondun dəstəyi ilə gerçəkləşdiriləcək layihələr, o cümlədən Diaspor Gənclərinin II Yay Düşərgəsi haqqında məlumat verib. Şura üzvləri Fondun layihələrində iştirak etmək üçün elektron qeydiyyat sistemi haqqında məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi