KİVDF-nun qəzetlərin maliyyələşdirilməsi üçün YENİ ŞƏRTLƏRİ

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;

2. Fondunyaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.

Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.

Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.

V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi