Etik çərçivə sisteminin Azərbaycana da gəlməsinə böyük ehtiyac var

Media etikası barədə kitab yazanlar adətən o kitabın ilk səhifəsində belə bir cümlə yazırlar: “Kitab jurnalistlərə ünvanlanır”. Və istər istəməz sual yaranır ki, hansı jurnalistlərə, hər yazı yazan jurnalist sayılırmı, hər media orqanı açan jurnalistikanın prinsiplərini bilirmi?  Cavab çox sadədir – etik normalara yiyələnmək o adamlara lazımdır ki, onlar bilərəkdən yalan danışmır, uydurmalardan uzaq durur və məsuliyyətli olmaqdan yorulmur.

Bu gün Azərbaycan jurnalistikasında bəzən etik çərçivə sisteminə qətiyyən uyğun gəlməyən məqamlarla üzləşirik. Bu xüsusilə jurnalistika və dövlət qurumları münasibətlərində özünü göstərir. Bəzən jurnalistlər elə düşünürlər ki, onların işi yeri gəldi-gəlmədi dövlət qurumunu tənqid etmək, onun işində qüsur axtarmaqdır. Məsələyə məhz bu aspektdən yanaşmağımız bu günlərdə üzləşdiyimiz bir faktla daha çox bağlıdı.

Həmyerlimiz Elçin Xəlilovun ABŞ-da öldürülməsi xəbərindən sarsıldıq. Hadisənin baş verdiyi andan bütün müvafiq dövlət qurumlarlı məsələyə həssas yanaşıb. Soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi, onun nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondu  bütün imkanlarını səfərbər etdi. Cənazə Bakıya gətirildi, Komitə əməkdaşları hüzr mərasiminə qatıldılar və s. Üstəlik etik çərçivələrdə davranaraq bu informasiyalar ictimailəşdirilmədi.

Bəzi media orqanları isə belə həssas məqamda da uydurmaya yol verməyə, Dövlət Komitəsini ittiham etməyə, onun bəzi addımlarına şübhəli yanaşmağa başladı. Komitənin son aylardakı uğurları, xaricdə yaşayan hər bir azərbaycanlıya diqqət etməsi fonunda görülən işlərə kölgə salınmasına hesablanan bu addım jurnalistikanın nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil.

Əgər mətbuat faciəli şəkildə dünyasını dəyişən gənc həmyerlimizlə bağlı xəbəri belə  dövlət orqanlarını tənqid etmək müstəvisinə daşıyırsa, burada etik davranışdan və ya peşəkarlıqdan danışmaq yersizdi. Deməli, qabaqcıl ölkələrdə oturuşmuş etik çərçivə sisteminin Azərbaycana da gəlməsinə böyük ehtiyac vardır. MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi