Dünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının İdarə Heyətinin iclası

Dünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının İdarə Heyətinin iclası keçirilib.

İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, S-1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov  gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdıqdan sonra qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.

Qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.

Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir.

Təbii ki, əsas diqqət idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.

“Bakı 2015” I Avropa Oyunları, ənənəvi  “Formula-1” Avropa Qran-prisi, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışı, 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan dünyda idman ölkəsi tanınmağa başladı.

Çıxışının sonunda  S -1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov yeni yaranmış  S-1 professional döyüş liqası təmsilçilərinin beynəlxalq turnirlərdə uğurlu çıxışlarını qeyd edərək gündəlikdə duran birinci məsələ – liqanın tərkibinin formalaşması ilə bağlı nəzərdə tutulmuş vəzifə bölgüsünə uyğun olaraq təkliflərini verdi. İclas iştirakçılarının yekdil qərarı ilə İlqam Əskərov S-1 profesional döyüş liqası prezidentinin köməkçisi, Məhəmməd Babayev baş katib,  Zaur Əsgərov katib, Nazim Mövsümzadə liqanın direktoru, Günel Məmmədova mətbuat katibi, Əli Mirzəyev Hakimlər Komitəsinin sədri vəzifələrinə təyin edildilər.

İclasın gündəliyində duran ikinci məsələ – 2019-cu ilin ilk yarısında keçiriləcək turnir və yarışlar barədə çıxış edən Şərq döyüş növləri üzrə əməkdar idman ustası, dünya və Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi Mərdan Vəliyev  2019-cu ilin mart ayında S-1 professional döyüş liqasının təşkilatçılığı ilə keçiriləcək “Heydər Əliyev Kuboku” beynəlxalq turnirinə hazırlıq işləri barədə məlumat verdi.

S-1 profesional döyüş liqasının vitse-prezidenti, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev  “Heydər Əliyev Kuboku” beynəlxalq turnirinin önəmini qeyd edərək, hazırlıq işlərinin təşkili ilə bağlı tövsiyyə və təkliflərini verdi.

İclasın sonunda vəzifə bölgüsü üzrə yeni təyinatçılar onlara göstərilən etimada görə liqanın prezidenti Hikmət Şikarova təşəkkürlərini bildirərək  S-1 professional döyüş liqasının inkişafı və dünyada tanınması naminə əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər. MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi