Vergilər Nazirliyinə daha bir səlahiyyət verildi

Prezident İlham Əliyev Vergilər Nazirliyi haqqında Əsasnaməyə dəyişiklikləri təsdiq edib.

Bu dəyişikliklərə əsasən, Vergilər Nazirliyinin funksiyalarına aksiz markalarının hazırlanması, satışı və uçotunun aparılmasını, eləcə də istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək daxildir.

Əvvəllər bu funksiyalar Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi.MediaZona.Az