Erməni siyasətçi: “Paşinyan vəziyyətə nəzarət edə bilmir”

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

Siyasətçinin sözlərinə görə, Paşinyanın bir yox, iki “Axilles dabanı” var. Bunlar, xarici siyasət və Qarabağ problemidir. Aşotyan əlavə edib ki, onun partiyası iqtidarda olarkən Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsi istiqamətində çox işlər görüb, ölkəyə rus sahibkarların sərmayələrini cəlb edib, Moskva ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edib. Lakin Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq Rusiyanın Ermənistandakı törəmə şirkətlərini, xüsusən “Qazprom Armeniya” və “YKJD” firmalarını təqib etdirir, ölkəyə xarici sərmayələrin cəlb olunmasının qarşısını alır. Siyasətçi qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı rusiyalı tərəfdaşların onu dezinformasiya yaymaqda ittiham etməsinə səbəb olur və iki ölkə arasında əməkdaşlığa zərər vurur.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, Aşotyan vurğulayıb ki, Paşinyan vəziyyətə nəzarət edə bilmir və münaqişənin həllinə dair dəqiq mövqeyə malik deyil. Erməni siyasətçi əmindir ki, yeni hökumət danışıqlar prosesinə zərbə vurub.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi