Surqut aeroportuna azərbaycanlı geoloqun adı verildi

Rusiyanın Surqut hava limanına tanınmış azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Belə ki,  adların verilməsi ilə bağlı keçirilən müsabiqədə ən çox səs toplayan şəxs Fərman Salmanov olub.
Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının ) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin misiyaya raziliq verməsi ilə nəticələnir.
Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O, Xantı-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və ABŞ-ın Tesax ştatının fəxri vətəndaşı seçilib.MediaZona.Az
 Image result for fərman salmanov şəkilləri
 Image result for fərman salmanovRelated image
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi