Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.

Nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki Baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirilib. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.

Keçirilən görüşlərdə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulu Nəsimi Ağayev də iştirak edib.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi