“Bayraq qürurumuzdur” başlığı altında bayram tədbiri keçirildi

08 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının “Abş

eronneft NQÇİ” ərazi ilk partiya təşkilatında “9 Noyabr – Bayraq Günü” ilə əlaqədar “Bayraq qürurumuzdur” başlığı altında bayram tədbiri keçirildi.  Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon  təşkilatı “Abşeronneft NQÇİ” ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov  bu günlərdə təsis olunmasının 100 illiyini qeyd etdiyimiz üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışdı.

“Abşeronneft NQÇİ”-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Şahmar Hüseynov çıxışında qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir.

Bildirildi ki, ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Müstəqillik əldə etdikdən sonra üçrəngli bayrağımız ilk dəfə  olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.  1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 2009-cu il noyabr ayının 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “9 noyabr – Bayraq Günü” elan olunmuşdur. Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır .

Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olundu.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi