Fuad Muradov Hollandiyada bir sira gorusler kecirib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Benilüks Azərbaycanlıları Konqresinin IV Qurultayında iştirak edib. Təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin təşkili zəruriliyinin vurğulandığı Qurultayda  Elsəvər Məmmədov Benilux Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib.

Qurultaydan sonra Hollandiyada təhsil alan tələbələrlə görüş keçirilib. Haaqadakı Azərbaycan Səfirliyində keçirilən görüşdə tələbələrə diaspor fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar verilib. Dövlət Komitəsi tərəfindən hazırlanmış promovideolar, görülən işlərə dair videoçarx təqdim edilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Tələbələr diaspor fəaliyyətinə dəstək verməyə və ölkəmizə dair həqiqətlərin daha geniş yayılmasında əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.     

Nümayəndə heyətinin növbəti görüşü Hollandiyanın Ostervik şəhər meri Hans Janssen ilə keçirilib. Görüşdə diaspor fəaliyyəti, Azərbaycan diasporu, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı, şəhər merinə xatirə hədiyyələri təqdim edilib. Görüş iştirakçıları Hollandiyanın Milli Qəhrəmanı, II Dünya müharibəsinin iştirakçısı Məmməd Məmmədovun adını daşıyan küçəni və barelyefi ziyarət ediblər.  

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri davam edir. MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi