“Qadının yataq otağına girib əlini bağladıq”

Bakıda oğurluq edən dəstə saxlanılıb.

ARB TV xəbər verir ki, bu ilin iyul ayının 30-da Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birinə basqın edən maskalı naməlum şəxslər ev sahibi və həyat yoldaşına zor tətbiq edib, əl-qollarını bağlayaraq mənzildən 5800 dollar, 2200 manat pulu, 3 ədəd mobil telefonu, 1 ədəd qol saatı, 1 ədəd suvenir xəncəri quldurluq yolu ilə talayaraq hadisə yerindən qaçıblar.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyaların tutulan şəxslər arasında bölündüyü müəyyən edilib. Ev sahibinə məxsus olan qol saatı dəstə üzvü Elməddin Musayevdən aşkar edilərək götürülüb.

Anar Əmirli – Saxlanılan şəxs: “Saat 12, 1-ə işləmiş girdik həyətə. Darvazadan tullanıb, qapını açdım. Bıçağın ucunu qoyan kimi pəncərə açıldı. Oradan da daxil olduq evə. Qadın görəndə qışqırdı, dedim qışqırma, səninlə işimiz yoxdur. Qadının əlini bağladıq. Yataq otağına girib, işığı yandırdım. Gördüm ki, setka oradadır”.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi