Siyavuş Novruzov: “Elə etməliyik ki, türkçülük, islamçılıq, müasirlik dini mərasimlərdə atributa çevrilsin”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfransı öz işinə başlayıb.

“Dubay” otelin konfrans zalında baş tutan mərasimdə qurumun sədri Mübariz Qurbanlı açılış edib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov dini mərasimlərin tarixindən danışaraq, onların qədim zamanlarda keçirilmə prosesindən söhbət açıb.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, dini mərasimlər qanun çərçivəsində tənzimlənməlidir:

 “Kitabi Dədə Qorqud”u götürsək, orada bütün mərasimlərin tamam başqa formada keçirildiyini görürük. Türkçülük, islamçılıq, müasirlik – elə etməliyik ki, bunlar mərasimlərdə atributa çevrilsin. Mərasimlərin sadələşdirilməsi, israfçılığa yol verilməməsi vacibdir.

Cəmiyyəti inandırmalıyıq ki, keçirdikləri mərasimlərin çoxu Quranda öz əksini tapmayıb. Bu gün nikahlarla bağlı problem yaşayırıq. Düzdür, dini nikahlara hörmətlə yanaşırıq, amma Azərbaycanın nikaha girməklə bağlı qanunda yaş həddi var və buna əməl edilməlidir. Əsas qanunvericilikdir. Biz çalışmalıyıq ki, insanlar dini mərasim keçirdikdən sonra borc içində yaşamasın”.

Konfrans davam edir.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi