Hikmət Şikarov: Azərbaycan cəmiyyəti xaricdən idarə olunan qüvvələri dəctəkləməyəcək

Məlum məsələdir ki, son zamanlar bir qrup insanlar yalnız konkret dairələrin maraqlarına uyğun gələndə və müvafiq sifarişlər alanda mitinq keçirməyə cəhd edirlər. Dağlıq Qarabağ adından istifadə edib kimlərinsə göstərişi ilə hərəkət edən insanların həyata keçirmək istədikləri mitinqin iflasa uğraması isə göz qabağındadır. Belə mitinqlərə qatılan insanlar da əksəriyyət etibarı ilə həmin quruma daxil olan təşkilatların təmsilçiləri və təəssübkeşlərindən ibarət olur.  Bu sözləri YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.

Onun fikrincə, Dağlıq Qarabağ adı altında həyata keçirilən sonuncu aksiya bir daha göstərdi ki, cəmiyyətdə bu qüvvələri dəstəkləyənlər yoxdur. Ora gələnlər də yalnız özlərindən və yaxın qohum ətrafından ibarət olanlardır. Sapı özümüzdən olan bəzi üzdəniraq qüvvələr unudurlar ki, xaricilərin sifarişi ilə oturub-durmaqla heç bir zaman cəmiyyətin dəstəyini qazana bilməyəcəklər. Belə hərəkətlərilə özlərini daha da nüfuzdan salacaqlar.

Dağıdıcı qüvvələrin mitinq keçirməyinə heç kimin iradı yoxdur, ürəkləri nə qədər istəsə mitinq keçirib öz sözlərini deyə bilərlər. Çünki onlar demokratik dəyərlərə kifayət qədər hörmətlə yanaşılan bir ölkədə yaşayırlar. Mitinq keçirmək, sərbəst toplaşmaq hər bir kəsin hüququdur. Lakin bu gün Dağlıq Qarabağ adı altında gizlənib əslində xalq arasında çaşqınlıq yaratmaq istəyən qüvvələr anlamalıdırlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi ən mühüm hədəfimizdir. Bu məsələdə iqtidarın mövqeyi prinsipialdır. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxlaq kürsülərdən bəyan edibdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.

Azərbaycan xalqı Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Çünki Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi