Soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir

Xəbər verdiyimiz kimi, 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və orada qeyri-qanuni şəkildə məskunlaşmış yüzlərlə azərbaycanlı vardır. Soydaşlarımızın Türkiyə ərazisində qeydiyyata alınması, hüquqi statuslarının müəyyənləşdirilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən müəyyən işlər görülməkdədir. Bu işlərin davamı kimi, qeyd edilən insanların Azərbaycan Respublikasına mənsubluğunun aydınlaşdırılması və şəxsiyyəti təsdiq edən sənədlərlə (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu) təmin edilməsi məqsədilə müvafiq işçi qrupu yaradılmış və siyahıyaalma ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.

Problemlərin yerində araşdırılması və həlli ilə bağlı 23-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kənan Məmmədov və İsmayıl Ənsərli, ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğu ilə birgə, qeyri-qanuni məskunlaşmış soydaşlarımız ilə bir sıra görüşlər keçirmişlər.

İstanbul şəhərinin Qaziosmanpaşa rayonunun 500 evlər, Rami, Eyyubsultan, Bağlarbaşı,Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri, Bayrampaşa rayonunun Yıldırım, Altıntepe, Orta məhəllə, Kartaltepe, Vatan məhəllələri, ətraf bölgələr, həmçinin, Küçükçekmece rayonunun Halkalı Mərkəz məhəllələrində söydaşlarımızla görüşlər keçirilmiş və maarifləndirici söhbətlər aparılmışdır.

İstanbul şəhərindəki Baş Konsulluğun əməkdaşı Xəyyam Daşdəmirov görüşlər zamanı problemin aktuallığına və vətəndaşlarımızın mənafeyinin qorunması baxımından əhəmiyyətinə toxunaraq bildirdi ki, 18 aprel 2018-ci il tarixində Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında keçirilmiş IX konsulluq məsləhətləşmələri zamanı da bu istiqamətdə müzakirələr aparılmışdır. Müzakirələr zamanı, məsələnin mərhələli həlli və Azərbaycan tərəfinin təqdim edəcəyi məlumatlar əsasında həmin şəxslərə Türkiyə tərəfindən zəruri dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə edildiyini bildirmişdir. Qeyri-qanuni yaşayan azərbaycanlıların üzləşdiyi bir çox problemlərə toxunan konsulluq əməkdaşı, həmin şəxslərin dəqiq siyahısının əldə olunmasının prosesin ilk və ən vacib mərhələsi olduğunu vurğulayıb. Sonra konsulluq xidmətləri ilə bağlı, görüş iştirakçılarını maraqlandıran, sullar cavablandırılıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov görülən işlərlə bağlı məlumat verərək qeyri-qanuni məskunlaşmış soydaşlarımızın əhatə dairəsinin müəyyənləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması və bunun üçün həmin şəxslərin anket məlumatlarının əldə edilməsi məqsədilə yaradılmış əlaqə vasitələrini təqdim edib. Daha sonra, işçi qrup tərəfindən hazırlanmış anketlər görüş iştirakçılarına paylanaraq, onların müvafiq anket məlumatları toplanmışdır.

Səfər çərçivəsində Zəhra Ana Yardımlaşma və Kültür Dərnəyinin nəzdindəki Azərbaycan məktəbində, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbində şagird-müəllim kollektivi ilə görüşlər keçirilib. Tədris ilinin başlanması münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin adından məktəblilərə məktəb ləvazimatları hədiyyə edilib.

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib