Almaniya: Donbasın bərpasına yardım etməliyik

Avropa Ukraynaya Donbasın bərpasında kömək etməlidir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel söyləyib. Onun sözlərinə görə, bu kömək Kiyevə yalnız ölkənin şərqində uzunmüddətli sülh olacağı zaman təqdim edilə bilər.

O, bu yardımın daha çox su təchizatı ilə bağlı ola biləcəyini söyləyib.