Aleksandr Skakov: “Ermənistan rəhbərliyi təcrübəsizdir”

Rusiyalı politoloq Aleksandr Skakovun  Ermənistan rəhbərliyi haqda açıqlaması erməniləri narahat edib. Politoloqun  “istənilən halda problemlər var. Yeni erməni rəsmilərinin problemləri həll etmək üçün  kifayət qədər təcrübəyə malik olmadığı aydındır” -deməsi erməni KİV-də də geniş dərc edilib.

A.Skakovun sözlərinə görə, Moskva Ermənistanda hakimiyyətin dəyişməsindən sonra gözləntilərinin xəyal qırıqlığına gətirib çıxaracağından narahatdır.

“Ermənistanda hakimiyyətin dəyişməsi böyük ümidlərə səbəb oldu və indi Moskva bu gözləntilərin xəyal qırıqlığına gətirib çıxaracağından narahatdır. Əlbəttə ki, bütün nazirlər təcrübəli deyil. Amma bu praktikanı vaxt keçdikcə qazanacaqlar”, – deyə politoloq qeyd edib.MediaZona.Az