Türkiyənin müdafiə naziri Pentaqonun rəhbəri ilə Suriyanı müzakirə edib

Türkiyənin müdafiə naziri Hulusi Akar və Pentaqonun rəhbəri Ceyms Mettis arasında telefon danışığı olub.

Tərəflər telefon danışığı zamanı ABŞ və Türkiyə arasındakı münasibətləri müzakirə ediblər.

Bundan əlavə, H.Akar və C.Mettis Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələlərini müzakirə ediblər.