“Çelsi”nin 50 milyonluq ulduzu Türkiyə klubunda
Avropanın aparıcı liqalarında transfer pəncərəsi artıq bağlanıb. Türkiyədə isə pəncərə sentyabrın 8-də bağlanacaq. İndiki halda ispan ulduz üçün ən yaxşı variantın Super Liqa olduğu bildirilir.
Uzun müddətdi hücumçu axtarışında olan “Fənərbaxça” da bu şansdan maksimum yararlanmaq niyyətindədi. İstanbul klubu “Beşiktaş”ın istəyib transfer edə bilmədiyi 28 yaşlı forvardı 1 illik icarəyə götürmək istədiyi deyilir. “Çelsi”nin baş məşqçinin planlarına daxil olmayan Dieqo Kostanı Türkiyə klubuna icarəyə verməyə müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, Dieqo Kosta “Çelsi”yə 2014-cü ildə “Atletiko”dan 38 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 50 milyon avroya qiymət qoyub.
Onu da qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridi.