Niderland mətbuatı Şəki haqqında yazdı

Bu günlərdə Niderland mətbuatında, həmin ölkədə yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovun Azərbaycandan, ölkəmizin turizm imkanlarından bəhs olunan yazısı çıxıb. Yazı “Möcüzələr ölkəsi” adlanır.

Yazıda qeyd olunub ki, Azərbaycanı dünyada çox vaxt neft ölkəsi kimi tanıyırlar, ancaq bu ölkəni həm də dünyada məşhur şairlərinə, yazıçılarına, bəstəkarlarına və s. görə də tanıyırlar. Müəllif yazıda həmçinin Nizaminin, Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin adlarını çəkib.

Son vaxtlarda Azərbaycana çoxsaylı turistin gəldiyini qeyd edən müəllif onların marağını cəlb edən Yanar Dağdan söhbət açıb, Qubaya, Qusara olan səfərlərindən bəhs edir. Yazının əsas hissəsində isə Azərbaycanımızın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797-ci ildə inşa edilib. Sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkinin qədim küçələrindən danışan soydaşımız şəkililərin çox yardımsevər, qonaqpərvər olduqlarından da bəhs edərək qeyd edib ki, əgər sən küçədə kimdənsə bir ünvan soruşsan, həmin şəxs səninlə bərabər axtardığın ünvana qədər bələdçilik edə bilər. Şəkiyə gəlib Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu yazıda xüsusi qeyd olunub. “Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə, yenə də getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən” – deyə soydaşımız qeyd edir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi