Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutları yaradıla bilər

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək.

Bunu Trend-ə özəl müsahibəsində Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.

Onun sözlərinə görə, söhbət “Şərq-Qərb” nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyan layihələrdən gedərkən, Rumıniya və Azərbaycan ümumi maraqları bölüşür.

D.Yanku qeyd edib ki, BTQ dəmir yolu təkcə Azərbaycan üçün yox, həm də region üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Səfir bildirib ki, bu, “Şərq-Qərb” dəhlizinin vacib hissəsidir və regional əlaqələrin möhkəmlənməsinə vacib töhfə verəcək:

“BTQ Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək ki, bu həm də Rumıniya üçün aktualdır. Bu regionlar arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə Rumıniya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin hazırlanmasını təklif edib. Bu layihə “Şərq-Qərb” dəhlizinin Qara dənizdən keçməklə genişləndirilməsini nəzərdə tutur”.

BTQ irimiqyaslı dəmiryol layihəsinin reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini vəd edir.

Bu fikirləri isə özəl olaraq Trend-ə Siyasi İnformasiya Mərkəzinin (Rusiya) analitiki İvan Pyatibratov deyib.

Ekspertin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Bakı yox, həm də bütün region qarşısında ciddi iqtisadi perspektivlər açır:

“Rumıniya tərəfinin təklif etdiyi Xəzər-Qara dəniz nəqliyyat dəhlizi təşəbbüsü düşünülmüş addımdır. Bu fikrin reallaşdırılması layihənin bütün iştirakçılarının maraqlarına uyğun olacaq. Əlbəttə, Cənubi Qafqazın əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi bonuslar vəd edir”.

Ekspert əlavə edib ki, perspektivdə Azərbaycan Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında nəqliyyat qovşağına çevrilə bilər.

Onun fikrincə, Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət qismində Rusiya tərəfi üçün də maraqlıdır.

Image result for bakı tbilisi qars

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi