Nazpərinin elmi ad alması sual altındadır – SAXTAKARLIQ EDİLİB?

Tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl Xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı xəbərlərdə anlaşılmazlıq olduğunu bildirib. Lent.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru olan jurnalist həmkarımız Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan şəkillərlə bağlı fikir bildirkən “elmi dərəcə diplomu bu şəkildə olmur”- deyib: “Xalq artisti Nazpəri Dostəliyevanın alim olması barədə xəbər yayılıb. Deyilənə görə, bu barədə hörmətli müğənnimizin özü sosial şəbəkədə məlumat yayıb. Onun dissertasiya mövzusu isə “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” olub. Maraqlısı odur ki, şəkli yayılan sənəddə Nazpəri xanımın hansı elm sahəsi üzrə fəlsəfə doktoru olması barədə məlumat verilməyib. Həm də bilənlər bilir – elmi dərəcə diplomu bu şəkildə olmur”.

Cavid Cabbaroğlu müqayisə üçün bu yaxınlarda fəlsəfə doktoru diplomu alanlardan dostu Elçin İbrahimovun və telejurnalist İradə İsakın diplomlarının şəklini paylaşıb. O, diqqəti hər iki diplomun tarixinə yönəldib:

“Hər iki diploma baxanda görünür ki, akademik Arif Quliyev daha Ali Attestasiya Komissiyasının baş elmi katibi deyil – ən azı yanvar ayından yeni baş katib Tağızadədir. O zaman Arif Quliyev may ayında baş katib kimi rəsmi sənədə necə imza atıb? Ortada nəsə ciddi anlaşılmazlıq var”.

Qeyd edək ki, digər şəxslərin diplomunda rəsmi möhür olsa da, Nazpəri Dostəliyevanın paylaşdığı sənəddə möhür yoxdur.

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi