Rəşadət Babayev bu dəfə Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb.

Bu barədə AzPolitika.info-ya mərhum əlilin həyat yoldaşı Elza Qılıncxanova məlumat verib.
Onun sözlərinə görə, hadisə iyun ayının 25-də Neftçilər prospektində baş verib. Belə ki, 99 YP 400 dövlət nömrə nişanlı yol polisi avtomobilli yolda hərəkətdə olan 99 HJ 343 dövlət nömrə nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsünə “saxla” əmri verib. Sürücü Qılıncxanov Şəmsəddin Saday oğlu avtomobili saxlayıb. Polis əməkdaşı ondan sənədlərini tələb edib. Hadisə də bundan sonra olub.

Elza Qılıncxanova deyir: “Oğlum həm də evakuator sürür. “Naz Lifan”ın sənədlərini axtararkən əlinə evakuatorun sənədləri keçib. O da götürüb sənədi qoyub maşının üstünə. Başlayıb “Naz Lifan”ın sənədlərini axtarmağa. Bu vaxt polis əməkdaşı maşının üstündəki sənədə əl atıb.
Oğlum deyib ki, o başqa sənəddir, götürməyin. Bu vaxt DYP maşınındakı o biri polis (Rəşadət Babayevi nəzərdə tutur – red.) düşüb, oğluma deyib ki, nə “tirpaşlıq” edirsən. Bundan sonra Şəmsəddini təpikləməyə başlayıb. Oğlum da əsəbiləşib vurub öz maşınının ön şüşəsini sındırıb”.

Lakin hər şey bununla bitməyib. R. Babayev Ş. Qılıncxanovu “polisin qanuni əmrinə tabe olmama” ittihamı ilə həbs etdirib və ona 10 sutka həbs cəzası verilib. E. Qılıncxanova deyir ki, avtomobil mərhum Qarabağ əlili Saday Qılıncxanova prezident İlham Əliyev tərəfindən hədiyyə edilib: “Mənim həyat yoldaşım 5 il döyüşüb, axırda ağır yaralanıb. Onu Ağdamda hamı tanıyır. Çox hörmətli oğlan olub. Döyüşdə fərqləndiyinə görə mükafatlar alıb. Axırda cənab prezident ona avtomobil də hədiyyə edib. Oğlum həmin maşını etibarnamə ilə sürür. Polis özü də görür ki, avtomobil əlil ailəsinə prezident tərəfindən verilib. Amma yenə də belə əməllər edirlər. Oğlum təpiyin izinin şəklini də çəkib. Bütün bunlar şəhərin təhlükəsizlik kameralarına da düşüb. Məsələ ilə bağlı Mehriban xanım Əliyevanın qəbuluna düşmək istədim, amma oğlum imkan vermədi”.

Əlil yoldaşı Rəşadət Babayevin oğlundan üzr istədiyini əlavə edib: “Amma mən üzr istədiyini görməmişəm. Deyirlər ki, guya üzr istəyib. Mən isə bu məsələ ilə bağlı apellyasiya şikayəti vermişəm. Araşdırsınlar. Niyə mənim oğlum günahsız yerə 10 sutka həbs yatmalı idi ki? Onu 10 gün içəridə qanunsuz və günahsız yerə saxlayıblar. Həmi gunlərdə işıqlar da söndü, oğlum bişməcə olub. Hazırda müalicə olunur. Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər… Əvvəla mənim oğlum çox sakit adamdı. Fevralda atasını itirdi, yas içindəyik. O heç vaxt polisin əmrinə tabesizlik göstərməz. Amma tutaq ki, belə bir hadisə baş verib. Onda qanuni tədbirini gorun. Yoxsa siz kimsiniz ki, mənim oğluma təbik, sillə atasınız”.

Qeyd edək ki, Rəşadət Babayevin sürücülərə qarşı zor tətbiq etməsi, nalayiq ifadələr işlətməsiylə bağlı mətbuatda bundan əvvəl də yazılar gedib, hətta videolar paylaşılıb. Onun tabeliyində çalışan polis əməkdaşlarına qarşı da kobud davrandığı bildirilir.
Elza Qılıncxanovannın fikirlərilə bağlı Rəşadət Babayevin də mövqeyini işıqlandırmağa hazırıq.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib