Pakistanda partlayış nəticəsində ölənlərin sayı 128-ə çatıb

Pakistanın Belucistan vilayətində baş verən partlayış nəticəsində ölənlərin sayı 128-ə çatıb.

Daha öncə 70 nəfərin öldüyü, 120 nəfərin isə yaralandığı bildirilirdi.

Bu gün ölkənin cənub-qərbində ölkənin aşağı palatasına keçiriləcək seçkilər ərəfəsində seçicilərin mitinq keçirdiyi yerin yaxınlığında terrorçu-intiharçı partlayış törədib.