Günəşdə güclü partlayışla bağlı Rəsədxanadan – XƏBƏRDARLIQ

Bu gün Günəşdə güclü partlayış baş verib. Bu hadisə rusiyalı alimlər tərəfindən birmənalı qarşılanmayıb. Rusiya mətbuatında həyəcan təbili çalınıb. Günəşdə partlayışdan sonra ciddi fəsadlar olacağı barədə xəbərdarlıqlar edilib. Həqiqətən də, bu gün baş verən hadisənin ciddi fəsadları olacaqmı? Bu hadisə Azərbaycanda hansı səviyyədə hiss olunacaq?

Oxu.Az xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Ölkə.Az”a açıqlamasında bildirib ki, baş verən hadisə təbii prosesdir.

Onun sözlərinə görə, bu gün baş verən partlayış həqiqətən də X səviyyəsində olub.

“Bu partlayış gün ərzində davam edib. Bu hadisənin təsiri bir gün, uzağı iki gündən sonra bilinəcək”, – deyə Xıdır Mikayılov bildirib.

Alimin sözlərinə görə, müxtəlif dövrlərdə belə alışmalar olub:

“Həmin dövrlər ciddi fəsadlar olmayıb. Sadəcə xəstə və səhhətində problem olan insanlar var. Həmin insanlara müəyyən mənada bu partlayış təsir edə bilər. Belə insanlar günün altında olmamalıdırlar. Çalışıb evdə qalmalıdırlar”.

X.Mikayılov deyir ki, bu hadisədən sonra müxtəlif problemlər də yarana bilər:

“Günəşdə partlayış kommunikasiya və elektrik xətlərində problemlər yarada bilər. Vaxtilə belə problemlər olub. İndi ümid edək ki, belə təhlükə olmayacaq”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Harvard universitetinin astronomiya fakültəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam məlum hadisə ilə bağlı dəhşətli proqnozlar irəli sürmüşdülər. Onların iddialarına görə, bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək. X.Mikayılov həmin iddianı belə izah edib:

“Amerika alimlərinin Günəşdə güclü partlayış nəticəsində bəşəriyyət məhv ola bilər iddiası əslində şişirdilmiş fərziyədir. Həmin alimlər ola bilər hadisə barədə hansısa fikir səsləndiriblər. Mətbuat vasitəsilə həmin fikirlər şişirdilib. Nüfuzlu alimlər belə söz deyə bilməzlər. Bu sözlər cəfəngiyyatdır”

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi