Bakıda “26-lar”ın övladları peyda olub… – Tarixçilər coşdu

Teleqraf.com xəbər verir ki, bu barədə tarixçi Elmar Həsənov sosial şəbəkədə yazıb. O, fikrini belə ifadə edib:

“İndiki “Sahil bağı”, vaxtilə “26-lar” bağı adlanırdı. İndi isə həmin ərazidə “26” adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz bu ərazidə?

Bir neçə il qabaq həmin bağdan onların cəsədləri çıxarılıb. Demək, həmin “26-lar”ın nəvə və nəticələri Azərbaycanda yaşayır. Məhz həmin ərazidə babalarının ruhunu yaşadırlar. Bu qədər təsadüf olmaz…”

Həmçinin tarixçi Dilavər Əzimli də məsələyə biganə qalmayıb. O, həmin məkanın fotosunu paylaşaraq, hüquq-mühafizə orqanlarından açıqlama tələb edib:

“Sahil bağı” tərəfdə “26” adlı restoran açıblar. Adını da ingilis dilində yazıblar. Bu nədir? Bura Ermənistandırmı? Bunlar kimdir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən “26-lar”a Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da “26-lar” restoranı açılır. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram…”

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi