Rusiyada nurçu ovu: “imam” həbs edildi
Rusiyanın Novosibirsk şəhərində Komil Odilov adlı imam tutulub.
O, Rusiyada qadağan olunan nurçuluğun Novosibirskdə hücrələrini yaratmaqda ittiham edilib. Odilova 2 il həbs cəzası verilib.
Qeyd edək ki, Odilov bundan öncə də eyni ittihamla həbs edilmişdi. O, Türkiyədəki nurçularla aktiv əlaqədə ittiham olunmuşdu.