Türkiyə mediası Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar paytaxt Bakıda keçirilmiş hərbi paraddan yazıb.
Öıkənin nüfuzlu qurumları paradda ilk dəfə nümayiş olunan müasir texnika və silahlara xüsusi diqqət ayırıblar:
“İlk dəfə olaraq Türkiyə müdafiə sənayesində (“ROKETSAN”) şirkəti) istehsal olunmuş “SOM-B1″ raket kompleksləri Bakıdakı paradda nümayiş etdirildi. Türk raketləri artıq Azərbaycan ordusunun arsenalına daxil edilib”.







