İsrail, Yunanıstan və Cənubi Kipr Respublikasının müdafiə nazirləri regional təhlükəsizlik, hərbi əməkdaşlığın gücləndirilməsi üçün cümə günü Nikosiyada bir araya gələcəklər.
Nazirlər xüsusilə də, Aralıq dənizində birgə hərbi əməkdaşlıq məsələsini müzakirə edəcəklər.
Tərəflər daha öncə Aralıq dənizində təbii qaz axtarışları ilə bağlı razılığa gəliblər. Cənubi Kipr bununla bağlı İtaliyanın ENI enerji şirkətilə müqavilə bağlasa da, Türkiyənin müdaxiləsindən sonra dənizdə qaz axtarışlarına son qoyulub.







