Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib

Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib.

Ölkə Prezidenti Nursultan Nazarbayev vilayətin Türküstan adlandırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, vilayətin mərkəzi Türküstan adlanacaq şəhərə köçürüləcək.

“Türküstan vilayətini mərkəzi yüz illərdir Qazax Xanlığının və bütün Türk dünyasının, siyasi, mənəvi qəlbi olan Türküstan şəhəri olacaq”, – N.Nazarbayev vurğulayıb.

Qeyd edək ki, Cənubi Qazaxıstan vilayəti 1932-ci il martın 10-da yaradılıb. 1962-ci il mayın 3-dən 1992-ci il iyulun 6-dək bölgə Çimkənt adlanıb. 1992-ci ildən vilayət yenidən Cənubi Qazaxıstan adlanmağa başlayb. 2018-ci il iyunun 19-da Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilib və Türküstan adlandırılıb.

Onun mərkəzi Çımkənd şəhərinə isə böyük şəhər statusu verilib. Ölkənin keçmiş paytaxtı Almatı da bu vilayətin tərkibinə daxildir. Vilayətin ərazisi 116 min 95 kv.km olmaqla Qazaxıstanın ümumi sahəsinin 4,3 faizini təşkil edir. Əhalisinin sayı 8 milyon 408 min 63 nəfərdir. Qışı mülayim keçdiyindən vilayətdə pambıq, çəltik, taxıl, üzüm, meyvə, tərəvəz, tütün, çətənə becərirlər. Əlvan metallurgiya, maşınqayırma, kimya sənayesi, yüngül və qida sənayesi, balıqçılıq, meşə təsərrüfatı, heyvandarlıq sahələri də var. Türküstan da qazax, özbək, uyğur, koreyalı, rus, dunqan, tacik etnoslarının nümayəndələri yaşayırlar.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir