Diasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə gürcü ziyalılarla görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri xüsusi müzakirə mövzusu olub. Vurğulanıb ki, Azərbaycan ilə Gürcüstan arasında 100-dən çox saziş, müqavilə və digər sənədlər imzalanıb. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaradır.

Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini xüsusi qeyd edib. F.Muradov bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan strateji tərərəfdaşdırlar. Gürcüstanda xeyli sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Onlar Gürcüstan iqtisadiyyatına sərmayələr yatırır, bu ölkənin iqtisadi inkişafına töhfə verir. SOCAR-ın çoxşaxəli fəaliyyəti buna misaldır. Əməkdaşlığımızı daha da möhkləndirmək və inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Görüşün əsas məqsədi də gürcü ziyalılarla görüşüb, bu məsələdə onların fikirlərini öyrənməkdir.

Politoloqlar Mamuka Araşidze, Simon Kopadze, Tengiz Txilava, “apsyn.ge” saytının redaktoru Qoça Qvaramiya, tarixçi alim Quram Marxuliya və başqaları çıxış edərək fikirlərini bildiriblər.

Müzakirələrdə Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası, tolerantlıq, informasiya mübadiləsi, siyasətçilərin, tələbələrin, məsəniyyət və incəsənət adamlarının qarşılıq səfərlərinin, birgə mədəni-kütləvi tədbirlərin təşkili və s. məsələlər barədə təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı sədiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır