Məhəbbət Dəmirçiyevanın biabırçı çıxışı – VİDEO

Bakı Dövlət Universitetinin kafedra müdirinin böyük bir konfransdakı biabırçı çıxışı tənqidlərə səbəb olub. Professor Məhəbbət Dəmirçiyeva Rusiyada mediasiya üzrə konfransda mövzu ətrafında danışmaq əvəzinə, tamamilə dəxli olmayan çıxışı ilə gündəmə gəlib. Əvvəlcə özü haqda məlumat verən M.Dəmirçiyeva, sonra qısa olaraq Azərbaycanda mediasiya instututunun olmadığını bildirib.

M.Dəmirçiyevanın  çıxışı boşanmalardan, ailə-uşaq münasibətlərindən, əcnəbi vətəndaşların Azərbaycan internatlarından uşaq himayəyə götürməsindən, yaşlı insanların qocalar evlərinə verilməsindən ibarət olub.

Çıxışında namizədlik və doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə etdiyini desə də, universitetin saytında onun Tbilisidə müdafiə etdiyi qeyd edilib. Konfransda Azərbaycanda mediasiyanın məlum olmadığını səsləndirib.  Lakin bir professor kimi bilməliydi ki, prezidentin 2016-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” var.  Bununla da prezidentin təsdiq etdiyi sənədin üstündən xətt çəkərək, onun varlığını şübhə altında qoyub.

Mötəbər konfransda Azərbaycanı təmsil edə biləcək adam tapılmadı ki?  Dəmirçiyeva oradakı “çıxışı” ilə  özünü də, Azərbaycanı da gülünc vəziyyətə saldı.  Rus dilini bilməməsi qəbahət olmasa da, axı dili bilənləri oraya yollamaq olmazdı ki? Mütləq idi ki, Məhəbbət Dəmirçiyeva orada gülüşlərə səbəb olan çixiş etsin? . Məgər BDU təkcə Məhəbbət Dəmirçiyevadan ibarətdir? Hanı o boyda universitetin savadlı, bilikli, dünyagörüşlü professorları? Yoxsa bu məsələlərdə də kiminsə tapşırığı rol oynayır? Heç olmasa bir nəfər savadlı professor ona çıxış yazardı və Məhəbbət də konfransda üzündən oxuyardı. Sonuncu sual: BDU-nun rektoru Abel Məhərrəmov görəsən bu videoya baxıbmı və məsələyə reaksiyası necə olub? MediaZona.Az
 

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir