Əli Həsənov: “Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması xalqların yaxınlaşmasına müsbət təsir edəcək”

Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması Qazaxıstan və Azərbaycan xalqlarının yaxınlaşmasına və elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcək.

Bunu Almatı akimi Bauırjan Baybeklə görüşü zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib: “Biz artıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasnını 95 illiyinə həsr olunmuş bir neçə konfrans keçirmişik. Bu dəstək dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini əks etdirir”.

Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin möhkəmlənməsi məsələlərini müzakirə ediblər.

İkitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan tərəfi Almatı və Gəncəni qardaşlaşmış şəhərlərə çevirməyi, eləcə də meqapolisdə Azərbaycan Ticarət Evinin açılması məsələsini nəzərdən keçirməyi təklif edib.
  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır